Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan Azərbaycan yığma komandası ikinci yoldaşlıq oyununu keçirib.
Fanat.az xəbər verir ki, yığmamız "Ayntraxt" (Frankfurt) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Budaq Nəsirovun vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, millimiz Frankfurtdakı ilk yoxlama oyununda "Fortuna"nın əvəzedici heyəti ilə qarşılaşmış və 0:2 hesabı ilə yenilmişdi.
Fanat.az