Millimiz Dünya Çempionatına yollanır

Millimiz Dünya Çempionatına yollanır
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərovun və Niyaməddin Paşayevin  rəhbərliyi ilə milli komanda 10 iyul tarixində dünya çempionatına  yollanır. 
Meksikanın Puebla şəhərində keçiriləcək dünya çempionatına  15 idmançı ilə qatılacaq millimizin  baş məşqçisi, əməkdar məşqci Ələkbər İmaməliyev  və böyük məşqçi Elnur Amanov heyətə Mikayıl Əliyev (-54 kg), Maqomedyasin İbrahimov (-58 kg), Fariz Əliyev (-63 kg), Elvin Məmmədov (-68 kg),  İlkin Şahbazov (-74 kg), Ramin Əzizov (-80 kg), Radik İsayev (-87 kg) və Ceyhun Həsənlini (+87 kg) cəlb  edib.
   Qadinlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev  isə heyətə Türkanə Tahirli (-46 kg), Patimat Abakarova (-49 kg), Səbinə Mikayılova (-53 kg), Günay Ağakişiyeva (-57 kg), Darya Qorbaçeva (-62 kg), Fəridə Əzizova (-67 kg), Marina Tedeevanı (73 kg) daxil edib.
Milli komanda  iyulun 25-də vətənə dönəcək.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər