Azərbaycan millisi beynəlxalq oyununu Gəncədə keçirə bilər. Söhbət 21 yaşadək futbolçulardan ibarət yığma komandamızdan gedir.
Fanat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan və Farer adalarının U-21 komandaları arasında sentyabrda baş tutacaq oyunun Gəncədə keçirilməsi nəzərdə tutulur. Bu qarşılaşmanın Qərb şəhərində keçirilməsini həm AFFA, həm də komandanın üzvləri istəyir. Yekun qərar yaxın vaxtlarda veriləcək.
Qeyd edək ki, Azərbaycan - Farer adaları matçı sentyabrın 6-da baş tutacaq.
Fanat.az