Bolqarıstanda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
İdman24.az-ın məlumatına görə, futbolçularımız Bolqarıstanın U-16 yığması ilə qarşılaşıb. Oyun 4:2 hesabı ilə meydan sahibi komandanın xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Baxışəli Baxışəliyev və Fərid Əsədli fərqlənib.Qeyd edək ki, millimiz bundan əvvəl yerli “Sliven” klubundan olan həmyaşıdları ilə görüşüb 6:1 hesabı ilə qalib gəlmişdi.İdman24.az