17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, millimiz ikinci görüşündə Belçika ilə üz-üzə gəlib.
İlk sınağında Çexiya ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olmuşdu. Bu dəfə isə millimiz Belçikaya boyun əyib. 6-cı qrupun digər oyununda Çexiya Gürcüstanı 13:0 hesabı ilə yenib.
Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 4-də Gürcüstana qarşı keçirəcək.
Avropa çempionatı
İlkin seçmə mərhələsi
6-cı qrup
1 oktyabr
Belçika - Azərbaycan 1:0
Qol: Minnaert, 78.
Belçika: Seynhaeve, Bris, Knokaert, Viaene (Viynants, 41), Maris, Bey Tem Samani, Minnaert (k), Kerkhofs, Vanmexelen, Toloba, Asselberqs (Duisters, 52).
Ehtiyat oyunçular: Bakkarne, De Koster, Tisyak, Vierendeels, Dondt.
Baş məşqçi: Tamara Kassimon.
Azərbaycan: Nigar Abdulova, Arzu Əliyeva, Dilge Uyğun, Ayşən Əhmədova, Firəngiz Teymurova, Vüsalə Hacıyeva, Çağla Miray Kanpara (Rövşanə Sardarlı, 57//Salome Qasviani, 69), Gültac Məmmədəliyeva, Vüsalə Seyfətdinova, Gizem Tenekeci, Merve Özdemir.
Ehtiyat oyunçular: Maila Kurto, Sanay Fatullayeva, Zəhra İncəoğlu, Hatice Özdemir, Nino Qurqenidze.
Baş məşqçi: Siyasət Əsgərov.
Hakimlər: Şarlotte Karpenter, Ceri Luis Uilyams (Uels), Ana Teyxeyra, Silvia Dominqos (Portuqaliya).
Belçika, Eupen. Kehrveq.
Fanat.az