Millimiz Belarusla heç-heçə etdi 

Millimiz Belarusla heç-heçə etdi 

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb.

Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edib. İlk turda təmsilçimizi məğlubiyyətə uğradan mərkəzi asiyalılar bu dəfə səfərdə Slovakiyanı yenib.

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1. Azərbaycan yığması növbəti oyununu iyunun 10-da evdə Slovakiya millisinə qarşı keçirəcək.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

Belarus - Azərbaycan 0:0

Qırmızı vərəqə: Qismət Alıyev, 84.

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Danila Neçayev 4. Ruslan Xadarkeviç 5. Vladislav Malkeviç, 6 Sergey Politeviç, 7. Artyom Bıkov 8. Hlep Şauçenka. 11. Andrey Solovey 14. Yevgeni Yablonski (k) 19. Valeri Boçerov, 20. Zaxar Volkov

Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 3. Kirill Peçenin, 9. Maks Ebonq, 10. Eqor Boqomolski, 13. Dmitri Bessmertni, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 21. Vladislav Klimoviç, 22. Roman Bequnov, 23. Valeri Qromıko

Baş məşqçi: Georgi Kondratyev

Azərbaycan: 12 Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazade, 5. Maksim Medvedev (k) 6. Höccət Haqverdi 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Edd İsrafilov 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Qismət Alıyev, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev

Baş məşqçi: Canni De Byazi

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

 

Millimiz Belarusla heç-heçə etdi 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər