17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, yığmamız fevralın 1-4-də Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Ardınca Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq U-17-nin Dubay toplanışı fevralın 5-dən 10-dək davam edəcək. Komandamız hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Millimiz fevralın 7-də və 10-da BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Millinin toplanışına 20 futbolçu çağırılıb.
1. Firuzə Bayramova - Dinamo Balakən 2. Nargiz Ağaliyeva - Şəfa 3. Aydan Abdullayeva - Təhsil 8 İOEUGİM 4. Məryəm Səmədli - Sabail 5. Arzu Cəfərova - Şəfa 6. Xanım Əsədova - Neftçi 7. Bədriyyə Mövludova - Şəfa 8. Ayşən Salamzadə - Neftçi 9. Səma Əsədova - Neftçi 10. Aysu Əsədova - Sabah 11. Aylin Kərimova - Neftçi 12. Ayan Abdiyeva - Şəfa 13. Şəhanə Mirzəliyeva - Mingəçevir 14. Suel Polikarpova - Ulduz 15. Sara Səlimova - Gömrükçü 16. Elmira Hüseynova - Ulduz 17. Könül Hüseynova - Mingəçevir 18. Naida Mammadova - Zaqatala City 19. Xədicə Rəhimova - Təhsil 8 İOEUGİM 20. Mahsuma Vahabzadə - Sabah