Millimiz Avropa çempionatının yarımfinalında

Millimiz Avropa çempionatının yarımfinalında

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunda qrup oyunları yekunlaşıb.

Sport24.az xəbər verir ki, B qrupunda qərarlaşmış Azərbaycanın U-16 millisi qrupdakı sonuncu oyununda San Marino yığması qarşılaşıb və rəqibinə 96:47 hesabı ilə qalib gələrək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda U-16 millimizin rəqibi, Kosovo - Andorra oyununun məğlubu olacaq. 26 iyulda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər