Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Macarıstanda təşkil edilən C qrupunun sonuncu - beşinci turda yığmanın rəqibi Rumıniya kollektivi olub.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25:14, 25:21). Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillədə başa vurub. Yığma 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq
Qeyd edək ki, qrup mərhələsində ilk 4 yerin sahibi 1/8 finala vəsiqə qazanır. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
|
1 |
Hollandiya |
4 |
4 |
0 |
12:0 |
12 |
|
2 |
Azərbaycan |
5 |
4 |
1 |
12:7 |
10 |
|
3 |
Xorvatiya |
5 |
3 |
2 |
11:8 |
10 |
|
4 |
Rumıniya |
5 |
2 |
3 |
7:11 |
6 |
|
5 |
Macarıstan |
4 |
1 |
3 |
4:9 |
3 |
|
6 |
Estoniya |
5 |
0 |
5 |
4:15 |
1 |