Millimiz Avropa çempionatında iştirak edəcək - Heyət

Millimiz Avropa çempionatında iştirak edəcək - Heyət

5-7 noyabrda Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçiriləcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, yarışda Azərbaycanı 8 (4 oğlan, 4 qız) cüdoçu təmsil edəcək.

Məşqçilər korpusu oğlanlardan Nicat Hüseynov (66 kq), Zelim Tskayev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq) və İmran Yusifova (+100 kq) şans verəcək.

Xanımlardan isə Aydan Vəliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) tatami üzərinə çıxacaq.

Qeyd edək ki, qitə çempionatında 39 ölkədən 300-dən çox cüdoçunun iştirakı gözlənilir.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər