Avropa Liqasında çıxış edəcək voleybol üzrə qadınlardan ibarət millimiz heyətlə yanaşı, məşqçi postunda da dəyişiklik edib. Fanat.az xəbər verir ki, komandamız ilk dəfə qatıldığı bu turnirdə baş məşqçi Faiq Qarayevsiz oynayacaq. Yığmamız yarış boyu meydana məşqçi Aleksandr Çervyakovun rəhbərliyi ilə çıxacaq.
Qeyd edək ki, komandamızın bir qədər əvvəl açıqlanan heyətində əsasən gənc oyunçular yer alıb. A qrupunda aparıcı voleybolçularsız mübarizə aparacaq yığmanın rəqibləri Bolqarıstan, Türkiyə və Sloveniyadır. İlk oyunumuz iyunun 6-da Sloveniyada baş tutacaq.
Fanat.az