Millimiz Albaniyanı darmadağın etdi - VİDEO

Millimiz Albaniyanı darmadağın etdi - VİDEO
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində bu gün üçüncü oyununu keçirib. Fanat.az xəbər verirki, komandamızın bu dəfəki rəqibi Albaniya olub.
Oyun yığmamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı Vüqar Mustafayev açıb. İkinci qolu Azər Salahlı, üçüncünü isə Kamal Mirzəyev vurub. Qarşılaşmanın yekun hesabını müəyyənləşdirən qolun müəllifi Kamran Abdullazadə olub.
Yığmamız turnirdə son oyununu yanvarın 28-də, Bakı vaxtı ilə saat 13.00-da Bəhreynin U-20 komandasına qarşı keçirəcək.
Xatırladaq ki, millimiz bu turnirdəki əvvəlki oyunlarında öncə Ukraynaya (2:1), daha sonra isə Səudiyyə Ərəbistanına (3:0) qalib gəlmişdi.
Antalya Kuboku
26 yanvar
Azərbaycan - Albaniya 4:0
Qollar: Vüqar Mustafayev, 63. Azər Salahlı, 74. Kamal Mirzəyev, 80. Kamran Abdullazadə, 90.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Azər Salahlı, Məqsəd İsayev, Elnur Cəfərov, Kamal Mirzəyev, Namiq Ələsgərov, Taşkın İltər, Vüqar Mustafayev, Adil Nağıyev, Sadiq Quliyev.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər