Millimiz Albaniya və Sloveniya yığmalarına qarşı

Millimiz Albaniya və Sloveniya yığmalarına qarşı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəqiblər Albaniya və Sloveniyanın müvafiq yaş qrupu üzrə yığmaları olacaq.

Hər iki qarşılaşma 20-27 martda Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı baş tutacaq.

Samir Əliyevin baş məşqçi olduğu kollektiv martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər