Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Fanat.az хəbər verir ki, yığma komandamız bu uğura pey-off mərhələsində Slovakiyadan üstün olaraq imza atıb.
Mərhələnin ilk oyununda rəqibi 3:0 hesabı ilə üstələyən komandamız cavab matçında eyni hesabla yenilib. Lakin Aleksandr Çervyakovun yetirmələri "Qızıl set"də qalib gələrək final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, Yığmamız ardıcıl 6-cı dəfə Avropa çempionatının finalına yüksəlib.
Avropa çempionatı
Pley-off mərhələsi
Cavab oyunu
Slovakiya - Azərbaycan 3:0 (26:24; 25:19; 25:18)
Qızıl set - 6:15
İlk oyun
Azərbaycan - Slovakiya 3:0 (25:22; 25:18; 25:23)
Fanat.az