19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda təşkil olunan 5-ci qrupda bu gün ikinci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycanın U-19 yığması da növbəti görüşünə çıxıb.
İlk matçda Ukrayna 0:4 hesabı ilə uduzan millimiz bu dəfə Türkiyəni sınağa çəkib. 41-ci dəqiqədə hakim rəqib komandadan Alican Özfeslini meydandan qovub və penalti təyin edib. Lakin topa yaхınlaşan Roman Hüseynovun zərbəsi dəqiq olmayıb. Əvəzində Türkiyə 57-ci dəqiqədə hesabı açıb. Millimizin qapısına Abdullah Balıkçı yol tapıb. 90+4-cü dəqiqədə yığmamızdan Elnur Cəfərov ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, günün ilk matçında Bosniya və Herseqovina - Ukrayna milliləri arasında keçirilən görüş ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
AVRO-2017
Seçmə mərhələ
5-ci qrup
12 noyabr
Bosniya və Herseqovina - Ukrayna 1:3
Qollar: Amir Haciahmetoviç, 10 - Aleksiy Qutsuliak, 45; 83. Aleksey Şkebetun, 64.
Hakimlər: Tore Hansen, Oystein Ytterland (Norveç), Mübariz Haşımov, Ömər Paşayev (Azərbaycan).
Bakı. "Bayıl Arena"
Türkiyə - Azərbaycan 1:0
Qol: Abdullah Balıkçı, 57.
Türkiyə: 12. Muhammed Şengezer, 2. Gökhan Kardeş, 5. Ertuğrul Ersoy (k), 6. Abdullah Balıkçı (16. Hasan Özkan, 87), 7. Cengiz Ünder, 8. Alican Özfesli, 13. Abdurrahman Canlı, 14. Merih Demiral, 15. Muhammet Karakoç, 17. Sabit Yılmaz (11. Hayrullah Alıcı, 78), 18. Muhammet Beşir (9. Fatih Aktay, 46).
Ehtiyat oyunçular: 1. Übeyd Adıyaman, 3. Yusuf Acer, 10. Berkay Özcan.
Baş məşqçi: Vedat İnceefe.
Azərbaycan: 1. Tolqa Şahin, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə (k), 7. Mahir Mədətov (11. Emil Həsənzadə, 19), 8. Emin Zamanov (19. İsmayıl İbrahimli, 62), 9. Rəsul Babazadə (17. Fərid Kərimzadə, 83), 10. Elnur Cəfərov, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 18. Əli Səmədov, 20. Roman Hüseynov.
Ehtiyat oyunçular: Ağaseyid Qasımov, 3. Ayxan Əsədov, 16. Eltun Turabov, 23. Elçin İsmayılov.
Baş məşqçi: Nazim Süleymanov.
İstifadə olunmayan penalti: Roman Hüseynov, 42.
Sarı vərəqələr: Ertuğrul Ersoy, 12. Abdullah Balıkçı, 74. Muhammed Şengezer, 89. Cengiz Ünder, 90+4 - Elgün Uluxanov, 21. Emin Zamanov, 38. Elnur Cəfərov, 70; 90+4.
Qırmızı vərəqələr: Alican Özfesli, 41 - Elnur Cəfərov, 90+4.
Hakimlər: Eiko Saar, Neeme Neemlaid (Estoniya), Frederik Haquette, Nikolas Rainville (Fransa).
Bakı. "Bayıl Arena".
| 1 | Ukrayna | 2 | 2 | 0 | 0 | 7-1 | 6 |
| 2 | Bosniya və Herseqovina | 2 | 1 | 0 | 1 | 3-4 | 3 |
| 3 | Türkiyə | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
| 4 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 0-5 | 0 |
Fanat.az