Milli üzvü Bundesliqada klubunu dəyişdi

Milli üzvü Bundesliqada klubunu dəyişdi

Almaniyanın “Ayntraxt” klubu növbəti mövsüm üçün heyətinə yeni futbolçu cəlb edib.

Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi “Volfsburq”un və Misir yığmasının hücumçusu Omar Marmuşu transfer etdiyini açıqlayıb.

24 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. Frankfurt təmsilçisinə azad agent kimi keçən oyunçu yeni komandasına iyulun 1-dən sonra qoşulacaq.

Marmuş “Volfsburq”a 2017-ci ilin yayında ölkəsinin “Vadi Deqla” klubundan transfer olunub. O, bu komandada 46 oyuna 6 qol vurub. Misirli futbolçu Almaniyada “Ştutqart” və “Sankt Pauli” klublarında da icarədə olub. Hücumçu Misir yığmasında da 17 oyuna 4 qol vurub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər