Milli komandanın baş məşqçisi qovuldu

Milli komandanın baş məşqçisi qovuldu

Daha bir milli komandanın baş məşqçisi istefaya göndərilib. Fanat.az хəbər verir ki, Çernoqoriya Futbol Federasiyası A millinin baş məşqçisi Branko Brnoviçlə yollarını ayırıb.

"Federasiyanın İdarə Heyəti bu gün A millinin baş məşqçisi Branko Brnoviçlə yollarını ayırmaqla bağlı qərar qəbul edib. Çernoqoriya Futbol Federasiyası olaraq Brnoviçə təşşəkkür edir və uğurlar arzulayırıq" deyə federasiyanın açıqlamasında bildirilir.

Qeyd edək ki, 2011-ci ildə Zlatko Krançarın yerinə təyin olunan Branko Brnoviç milli komandaya rəhbərlik etdiyi 33 oyunda 10 qələbə qazanıb, 14 dəfə məğlub olub və 9 oyunda heç-heçəyə razılaşıb. Çernoqoriya millisi onun rəhbərliyi altında "AVRO-2016"nın seçmə mərhələsində 11 хal toplayaraq 4-cü pilləni tutub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər