Milli komandamızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi

Milli komandamızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
Macarıstanın paytaxtı Budapeşt şəhərində start götürəcək güləş üzrə dünya çempionatında sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 4 çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan idmançılarının da rəqibləri bəlli olub. Yığmanın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq. 
Qeyd edək ki, güləş üzrə dünya çempionatı 20 – 28 oktyabrda təşkil olunacaq. Sərbəst güləşçilər 20 – 23, qadınlar 22 – 25 oktyabrda yarışacaqlar. Yunan-Roma növündə isə yarışlar 25 – 28 oktyabrda keçiriləcək. 
Qarşılaşmalar hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək.
61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (CAN)
74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İSR)
86 kq
1/16 final - Murad Süleymanov - Quma Bəşir (SUD)
125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (GER)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər