Qadın idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Yuryeviç Pravdin bu gün qəflətən dünyasını dəyişib. Bu barədə Fanat.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Federasiya Yuryeviçin qohumları və yaxınlarına dərin hüznlə başsağlığı verib, onların dərdinə şərik olduğunu bildirib.
Fanat.az