Milli komandamızın baş məşqçisi açıqlandı - FOTO

Milli komandamızın baş məşqçisi açıqlandı - FOTO

Kişilərdən ibarət voleybol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, komandamızı Bülənt Karslıoğlu çalışdıracaq.

O, bu postda kubalı Tabares Silieni əvəzləyib. Türk mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Karslıoğlu təkcə A milliyə yox, aşağı yaş qrupu üzrə komandalara da nəzarət edəcək. Türk məşqçi komandanı Bakıda keçiriləcək I Avropa oyunlarına hazırlayacaq. 

Qeyd edək ki, Karslıoğlu son 3 mövsümdə qadınlardan ibarət "İqdisadçı" klubunu çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər