Milli komandamız dünya çempionatında uduzdu - FOTOLAR

Milli komandamız dünya çempionatında uduzdu - FOTOLAR
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyada davam edən dünya çempionatında bu gün qrup mərhələsinin son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub - 1:3 (25:22, 15:25, 25:19, 25:27).
Qeyd edək ki, hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü sıradakı mövqeyini qoruyub. Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub. Turun son görüşü 11 xalla ilk iki pilləni bölüşən Rusiya və ABŞ arasında olacaq.
Fanat.Az
 
Milli komandamız dünya çempionatında uduzdu - FOTOLAR Milli komandamız dünya çempionatında uduzdu - FOTOLAR Milli komandamız dünya çempionatında uduzdu - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər