Milli komandamız DÇ-yə bu heyətlə qatılacaq

Milli komandamız DÇ-yə bu heyətlə qatılacaq
İyulun 2-də isveçrənin Cenevrə şəhərində start götürəcək akrobatika gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, üç gün davam edəcək yarışa Murad Rəfiyev və Daniel Abbasov yollanıb. Onlar kişi cütlüyü proqramında çıxış edəcəklər.
 
Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova isə elə eyni məkanda keçirilmiş Dünya Yaş Qrupları Yarışlarında qarışıq hərəkətlər proqramında bürünc medal qazanıblar. Onlar 12 - 19 yaşlılar arasında qadın qrupunda fərqləniblər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər