Milli komandamız Avropa çempionatında ikinci qələbəsini qazandı

Milli komandamız Avropa çempionatında ikinci qələbəsini qazandı
Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. 
Fanat.Az xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi üçüncü görüşünə çıxıb. Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri ev sahibləri ilə güclərini yoxlayıblar. Matç voleybolçularımızın darmadağını ilə başa çatıb. 
İlk set rəqibin üstünlüyü ilə start götürsə də, təmsilçimiz oyunda dönüş yarada bilib. Hissəni 4 top öndə bitirən millimiz ardınca təşəbbüsü ələ alıb. İkinci seti 25:15 hesabı ilə aktivinə yazan komandamız üçüncü setdən də üstün ayrılıb - 25:22.
Beləliklə, üçüncü turdan sonra Azərbaycan voleybolçuları üçüncü pilləyə yüksəliblər. Qrupda liderliyi isə Hollandiya davam etdirir. Onlar bu gün Xorvatiyaya da 3:0 hesabı ilə qalib gəliblər.
Avropa çempionatı
C qrupu
26 avqust
Macarıstan - Azərbaycan 0:3 (21:25, 15:25, 22:25)
Budapeşt. Lasso Pappa adına İdman Arenası. Hakimlər: Sinişa Ovuka (Bosniya və Herseqovina), Andrey Kovalçuk (Ukrayna).
Qedək ki, sabah istirahət edəcək millimiz avqustun 28-də Estoniya ilə üz-üzə gələcək. 
 

1

Hollandiya

3

3

0

9:0

9

2

Rumıniya

3

2

1

6:5

6

3

Azərbaycan

3

2

1

6:5

5

4

Xorvatiya

3

1

2

5:7

4

5

Macarıstan

3

1

2

4:6

3

6

Estoniya

3

0

3

2:9

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər