Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın Paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub.
Fanat.Az xəbər verir ki, qurumun prezidenti İlqar Rəhimovun əmri ilə 2021-2024-cü illər üzrə aşağıdakı təyinatlar gerçəkləşib:
1. İbrahimov İbrahim Eldar oğlu - kişi cüdoçulardan ibarət milli komanda 2. İbrahimov Ramin İbrahim oğlu - qadın cüdoçulardan ibarət milli komanda 3. Panyutin Oleq Viktoroviç- atletika üzrə milli komanda 4. Culfayev Alavərdi Abasoviç - üzgüçülük üzrə milli komanda 5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq üzrə milli komanda 6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı üzrə milli komanda 7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma üzrə milli komanda 8. Tağızadə Fərid Əvəz oğlu - para-taekvondo üzrə milli komanda 9. Abdullayev Zahir Abdulla oğlu - qolbol üzrə milli komanda 10. Məhərrəmov İlham Nadir oğlu - boccia üzrə milli komanda 11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis üzrə milli komanda 12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma üzrə milli komanda 13. Həsənquliyev Amid Umud oğlu - para-velosiped idman növü üzrə milli komanda 14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli komanda
Qeyd edək ki, Paris Paralimpiadası 2024-cü il 28 avqust - 8 sentyabrda keçiriləcək.