Milli komandalara baş məşqçilər təyin olundu

Milli komandalara baş məşqçilər təyin olundu
 
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib. 
Fanat.Az xəbər verir ki, mərasimdə ağır atletika üzrə yığma komandaların məşqçiləri də iştirak edib.
İclasda qəbul edilən qərarlara əsasən, ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin edilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər