İrlandiya milli komandasının baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, ölkə futbol federasiyası yığmanın sükanını şimali irlandiyalı Martin O`Neillə tapşırıb.
Federasiya ilə baş məşqçi arasında 2 illik müqavilə imzalanıb. O`Neillin köməkçilərindən biri İrlandiya yığmasının və "Mançester Yunayted"in sabiq üzvü Roy Kin olacaq.
Qeyd edək ki, 61 yaşlı O`Neill bu postda sentyabr ayında Covanni Trapattonini əvəzləyib. O, İrlandiya millisində noyabrın 15-də Dublində Polşa ilə keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.
Fanat.az