Milli komandada köhnə-yeni baş məşqçi

Milli komandada köhnə-yeni baş məşqçi

Futbol üzrə ABŞ millisinin yeni baş məşqçisi bəlli olub.

Fanat.Az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra yığmanı Qreqq Berhalter çalışdıracaq.

49 yaşlı mütəxəssis komandanı 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatına hazırlayacaq.

Xatırladaq ki, Berhalter daha əvvəl 2018-2022-ci illər aralığında ABŞ seçməsinə rəhbərlik edib. O, bu komandanı DÇ-2022-də 1/8 finala çıxarıb. Lakin mundialdan sonra amerikalı mütəxəssis yığmadan ayrılmışdı və həmin vaxtdan işsiz idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər