Azərbaycan yığması İtaliya ilə oyunda azarkeşsiz qalmayacaq. Fanat.az xəbər verir ki, Çexiyadan 50 azərbaycanlı azarkeş millimizə dəstək olmaq üçün İtaliyaya gələcəklər.
Həmyerlilərimiz matça oyun günü gələcəklər.
Qeyd edək ki, İtaliya - Azərbaycan görüşü oktyabrın 10-da Palermo şəhərində baş tutacaq.
Fanat.az