Millətlər Liqası: Türkiyədən qolsuz bərabərlik, İtaliya Fransada inamlı qələbəyə sevindi

Millətlər Liqası: Türkiyədən qolsuz bərabərlik, İtaliya Fransada inamlı qələbəyə sevindi

UEFA Millətlər Liqasında 1-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqalarında 8 görüş reallaşıb.

A Liqasında İtaliya Fransanı, Belçika isə İsraili 3:1 hesabı ilə üstələyib.

B Liqasında Türkiyə seçməsi səfərdə Uelslə qarşılaşıb. Matçın son yarım saatını azlıqda keçirən “ay-ulduzlular” evə 1 xalla dönüblər.

UEFA Millətlər Liqası Qrup mərhələsi, 1-ci tur 6 sentyabr

A Liqası, 2-ci qrup

Fransa – İtaliya 1:3 Qollar: Barkola, 1 – Dimarko, 30. Frattezi, 51. Raspadori, 74.

Belçika – İsrail 3:1 Qollar: De Bröyne, 21; 52. Tilemans, 48 – Kastan, 36-öz qapısına.

B Liqası, 3-cü qrup

Qazaxıstan – Norveç 0:0

Sloveniya – Avstriya 1:1 Qollar: Şeşko, 16 – Laymer, 28.

B Liqası, 4-cü qrup

Uels – Türkiyə 0:0

İslandiya – Monteneqro 2:0 Qollar: Oskarsson, 39. Torsteynsson, 58.

C Liqası, 2-ci qrup

Litva – Kipr 0:1 Qol: Pittas, 34.

Kosovo – Rumıniya 0:3 Qollar: Man, 40. Marin, 51-pen; 82.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər