UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya İspaniya ilə qarşılaşıb. Milanın "San-Siro" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
İspaniya son Avropa çempionuna səfərdə qalib gələrək adını finala yazdırıb.
Digər yarımfinal görüşü isə oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq.
Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda oyunlar keçiriləcək. Bütün matçlar İtaliyada gerçəkləşəcək.
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.
UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal
İtaliya - İspaniya 1:2
Qollar: Lorentso Pelleqrini, 83 - Ferran Torres, 17;45
Qırmızı vərəqə: Leonardo Bonuççi, 42
Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya) Milan. "San-Siro" stadionu