Millət vəkilini "Dinamo" - "Şaxtyor" matçından sonra döydülər

Millət vəkilini "Dinamo" - "Şaxtyor" matçından sonra döydülər

Kiyev "Dinamo"su ilə Donetsk "Şaxtyor"u arasındakı Ukrayna Premyer Liqasının X tur oyunundan sonra insident baş verib.

Fanat.Az "Strana.ua" saytına istinadən xəbər verir ki, "Olimpiya" stadionundakı görüş başa çatdıqdan sonra iki azarkeş Kiyev Şəhər Şurasının deputatı Mixail Nakoneçnını döyüblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, millət vəkilinə xəsarət yetirən şəxslər hadisə yerindən qaçıblar. Nakoneçnı isə tibbi müayinə üçün xəstəxanaya göndərilib. Cinayətin üstü hələ də açılmayıb.

Qeyd edək ki, "Dinamo" - "Şaxtyor" matçı qolsuz bərabərliklə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər