Milinko Pantiç "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi bu heç-heçənin məğlubiyyətə bərabər olduğunu deyib:
"Rəqib oyuna üç mərkəz müdafiəçi ilə başlamışdı. Oyuna tam nəzarət edirdik, erkən qol vurduq. Müdafiədə buraxdığımız bir səhv qapımıza qolla nəticələndi. Yenidən hesabda irəli çıxsaq da, oyunun sonlarına yaxın qapımızdan ikinci qolu buraxdıq. Qalib gələ bilərdik, qol imkanlarımız çox oldu. Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdi. İki xal itirdiyimizi düşünürəm. İtirdiyimiz xalları qarşıdakı oyunlarda bərpa etməyə çalışacağıq".