Mikel Alvaro: "Hədəfimiz medalçılar arasında yer almaqdı"

Mikel Alvaro: "Hədəfimiz medalçılar arasında yer almaqdı"
"Bu matç hər iki komanda üçün çox vacib idi. Belə oyunlar 3 yox, 6 xal uğrunda olur. "Bakı" ilə görüşə çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, yaxşı mübarizə apardıq və layiq olduğumuz qələbə qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Mikel Alvaro deyib.
İspan futbolçu mövsümü medalla bitirmək istədiklərini bildirib: "Son oyunlarda komandamız yaxşı futbol sərgiləyir. Hədəfimiz medalçılar arasında yer almaqdı və bizim bunu etmək üçün yaxşı şanslarımız var. Çempionatda daha 5 tur qalıb və bu görüşlərdə özümüzü yaxşı tərəfdən göstərib, mövsümü yaxşı şəkildə başa çatdırmaq istəyirik".
Qeyd edək ki, "İnter"ə yayda Tiflis "Dinamo"sundan transfer olunan Mikel son 5 oyunda 4 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər