Premyer Liqanın XXVII turunun “Qəbələ” ilə oyunu “İnter” üçün bir sıra statistik göstəricilərlə əlamətdar olub. Fanat.az xəbər verir ki, oyunda dubl etmiq Mikel Alvaro Azərbaycan çempionatda bank klubu üçün qol vurmuş sayca 83-cü futbolçu olub.
Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk ispaniyalı futbolçu kimi tarixə düşüb. "Bankirlər"in tarixində yerli futbolçulardan başqa Belarus, Ukrayna, Serbiya, Nigeriya, Litva, Uruqvay, Bolqarıstan, Latviya, Moldova, Braziliya, Gürcüstan, Estoniya, Makedoniya, Seneqal, Toqo, Konqo, Xorvatiya, Kosta Rika və Fransadan olan futbolçular da fərqlənib.
Qeyd edək ki, hazırda komandanın heyətində yer alan və aktivində 29 qol olan Baçana Tsxadadze "İnter"in ən yaxşı bombardiridi.
Fanat.az