"Real"ın baş məşqçisi Zinəddin Zidan Lionel Messinin 2021-ci ildə "Barselona"dan ayrılacağına dair çıxan xəbərlərə münasibət bildirib.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Zizu Leonun "Barselona"da qalmasının tərəfdarıdı:
"Nə olacağını bilmirəm. Amma ümid edirik ki, Messi "Barsa"da qalacaq, çünki Leo La Liqada oynayır. Biz İspaniya çempionatında ən yaxşıların oynamasının tərəfdarıyıq".
Qeyd edək ki, "Cadena SER" radiosu "Barsa"nın uğursuz çıxışı və klub daxilində baş verən söz-söhbətlər səbəbindən argentinalı futbolçunun ayrılmaq qərarına gəldiyinə dair məlumat yayıb.
Fanat.Az