"Ümid edirəm ki, Sudakov qışda "Arsenal"a keçəcək"

"Ümid edirəm ki, Sudakov qışda "Arsenal"a keçəcək"

"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko Ukrayna millisindəki komanda yoldaşlarını - Georgi Sudakovla Nikolay Matvienkonu London klubunda görmək istədiyini deyib.

Fanat.Az xəbər verir ki, "ua.tribuna.com" onun dediklərini belə çatdırıb:

"Ümid edirəm ki, Sudakov qışda "Arsenal"a keçəcək. Əlimdə olsa, Ukrayna yığmasının oyunçularından daha hansını "Arsenal"a götürərdim? Ola blsin ki, Matvienkonu".

Cari mövsüm Donetsk "Şaxtyor"unun forması ilə bütün turnirlərdə 14 matça çıxan Sudakov 3 qol vurub. Matvienko isə bu klubun heyətində 11 matçda 3 dəfə fərqlənib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər