Miçel: "Sevilya"dan azı 1 xal almağa çalışmalıyıq"

Miçel: "Sevilya"dan azı 1 xal almağa çalışmalıyıq"

"Ramon Sançes Pisxuan"da "Sevilya”ya qarşı daha öncə də oynadığım üçün şanslıyam. Burda həmişə xüsusi olur. Çox gözəl, inanılmaz stadiondu".

 

 

Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel deyib.

 

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində noyabrın 28-də "Sevilya"nın qonağı olacaq.

 

Ölkəsinin mətbuatına açıqlama verən Miçel İspaniya klubuna qarşı oynamağın xüsusi olduğunu söyləyib. O, rəqibin gücünə baxmayaraq, xalla ayrılmaq məcburiyyətində olduqlarını da əlavə edib: "Çətin oyun olacağını bilirik. "Sevilya" çox güclüdü və ümumiyyətlə, öz meydanında rəqibi bağışlamır. Üstəlik, digər oyunda APOEL "Düdelanj"a qalib gəlsə və biz "Sevilya"ya məğlub olsaq, hər şey bitəcək. Ən azı 1 xal qazanmağaçalışmalıyıq. Uğurlu oyun keçirəcəyimizə və növbəti mərhələ şanslarını qoruyaraqSevilyanı tərk edəcəyimizə inanırıq".

 

Qeyd edək ki, "Sevilya” – "Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər