"Jirona"nın baş məşqçisi Miçel "ağ-qırmızılar"ın La Liqadakı əsas rəqiblərinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" mütəxəssisin dediklərini belə çatdırıb:
“Bizim birbaşa rəqiblərimiz “Atletiko Madrid” və “Barselona”dır. Çempionlar Liqasına çıxmaq üçün mübarizəmizi davam etdirəcəyik”.
"Jirona" hazırda 59 xalla La Liqanın turnir cədvəlində 2-ci yerdədir. Lider "Real Madrid"lə fərq 7 xaldır.
Kataloniyalılar növbəti oyununu martın 9-da evdə “Osasuna”ya qarşı keçirəcək. Mirağa