"Mançester Siti”nin qapıçısı Klaudio Bravo Çempionlar Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, çilili qolkiper meydana oyunun gedişində daxil olub, sonradan qırmızı vərəqə alan ilk qapıçı olub. Belə ki, Bravo "Atalanta” ilə qarşılaşnın 46-cı dəqiqəsində zədələnən Edersonun əvəzinə meydana daxil olub və 81-ci dəqiqədə qırmızı vərəqə alıb.
Ehtiyatda qapıçısı qalmayan "Mançester Siti” sonuncu oyunçu əvəzetməsi ilə müdafiəçi Kayl Uokeri meydana buraxıb. Son dəqiqələri qapıçı kimi keçirən futbolçu rəqibin fərqlənməsinə imkan verməyib.
Fanat.Az