"Başakşəhər” "Hannover”in futbolçusunu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter” səhifəsi məlumat yayıb.
İstanbul təmsilçisi müqaviləsi başa çatan türk futbolçu Mevlüt Erdinçlə anlaşıb.
30 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, Erdinç ötən mövsüm icarə əsasında "Mets”də çıxış edib.
Fanat.Az