"Real"dan "Arsenal"a transfer olunan Mesut Özilin özü qədər sevgilisi Mandi Kapristo da İngiltərə mediasının gündəminə düşüb. Fanat.az xəbər verir ki, ingilis həmkarlarız onları "Almaniyanın Devid və Viktoriya Bekhemi" adlandırıb.
Cütlüyün əl-ələ gəzərkən çəkilmiş fotosunu birinci səhifədə yayımlayan axşam qəzeti "London Evening Standard" Mandi Kapristonun şəkillərini səhifəsinə yerləşdirib. Qəzet gözlərinin quruluşuna görə cizgi filmi qəhrəmanı "Nemo" ləqəbi verilən futbolçunun hər matçdan öncə Quran oxuduğunu yazıb. "London Evening Standard" türk futbolçunun "Real"da Ronaldoya Qurandan surələr öyrətdiyini qeyd edib.
Qeyd edək ki, Mesutla pop-ulduzu Kapristo bu ilin əvvəlindən birlikdədi. Onların ortaq "Facebook" səhifələri var və burdan bir-birinə romantik mesajlar göndərirlər. 21 yaşlı Kapristo "reality-show"da məşhurlaşan gənc qızlardan ibarət musiqi qrupunun solistidi. O, ilk solo-albomunu bu bil satışa çıxarıb. Almaniyanın FHM dərgisi onu dünyanın ən seksual qadını elan edib.
Fanat.az