Mesut Özil: "Real" dəftəri qapandı" -MÜSAHİBƏ

Mesut Özil: "Real" dəftəri qapandı" -MÜSAHİBƏ

Almaniya millisinin və "Real"ın futbolçusu Mesut Özil "Bild" qəzetinə müsahibə verib. Müsahibəni ixtisarlarla təqdim edirik:

- Şəxsi həyatında xoşbəxtsən, yoxsa futbol həyatında?

- Futbol həyatımın mükəmməl olduğunu deyə bilərm. İngiltərə Premyer Liqasında və Çempionlar Liqasında liderik. Çox yaxşı komandamız var. "Arsenal"a keçməklə doğru qərar vermişəm.

- Bu qərar karyeranda irəliyə doğru atılmış addım oldu?

- Yüz faiz belədi. 24 yaşım var və dünyanın ən yaxşı üç çempionatında - Almaniya, İspaniya, İnglətərə - oynamışam. Hamısında da uğur qazanmışam. Örnək bir avropalı sayılıram.

- "Real" səni göndərməsinə görə deyəsən peşman olub...

- "Real" dəftəri qapandı. "Arsenal"ın və Arsen Vergerin mənə güvəndiyini hiss edirəm. Bu oyunumdan da anlaşılır.

- Belə çıxır ki, İspaniya mətbuatının iddia etdiyi kimi gecə həyatına düşkün deyilsən...

- Əgər neçə matçda və necə oynadığım, nə qədər az zədələndiyim nəzərə alınsa, necə düzgün həyatımın olduğu ortaya çıxar.

- Ən yaxşı futbol hansı çempionatda oynanılır?

- Komandaların gücünün bir-birinə yaxın olmasına görə İngiltərədə. Hamı bütün gücünü ortaya qoyur. Digər çempionatlarda isə komandalar sadəcə müdafiəni düşünür.

- "Arsenal" necə oynayır?

- Top kornerə çıxanda nəfəs almaq imkanı qazanırsan və buna sevinirsən. Anormal bir sürət var. Eynən məhəllə matçları kimi. Azarkeşlər də möhtəşəm dəstək verir.

- Mourinyo ilə görüşürsən?

- Hət. Hətta mənə "Londona xoşgəldin" mesajı da göndərmişdi.

- Başqa nə danışdınız?

- Qalanı aramızda qalacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər