Türkiyənin "Fənərbağça" klubunun yarımmüdafiəçisi Mesut Özil "Mançester Siti" ilə oyunda dubl edən "Real Madrid"in hücumçusu Kərim Benzemanın oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabından paylaşım edib:
"Fantastik matç! Qızıl topu Benzemaya verin”.
Fransalı hücumçu ötən gecə İngiltərədə baş tutan matçda 3:4 hesabı ilə uduzan komandasının 33-cü və 82-ci dəqiqəyə təsadüf edən qollarının müəllifi olub.

Mirağa