Messiyə oğlundan dəstək- FOTO

Messiyə oğlundan dəstək- FOTO
İsveçrə ilə Argentina arasında baş tutan matçda Lionel Messi ilə yanaşı onun oğlu da diqqət mərkəzində olub.
Fanat.az xarici mətbuata istinadən xəbər verir ki, anası Antonella ilə tribunadan atasını izləyən balaca Tiaqo kameraların obyektivindən yayınmayıb. Messinin oğlu Argentinanın vurduğu qoldan sonra anası ilə bayram edib. 
Tiaqo kiçik yaşına baxmayaraq atasının həyəcanına ortaq çıxıb. Argentinanın 1/4 finala yüksəlməsinin ardından Tiaqo anasının öpüşü ilə mükafatlandırılıb.
Qeyd edək ki, dünən baş tutan oyunda Argentina İsveçrəni əlavə olunmuş vaxtda atdığı qolla məğlub edərək növbəti mərhələyə yüksəlib. Argentinanın qolunu 118-ci dəqiqədə Anxel Di Maria atıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər