"Çelsi"nin baş məşqçisi Tomas Tuxel Lionel Messinin PSJ-yə keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin söylədiklərini "Canal+" belə çatdırıb:
"Messi dünyanın istənilən klubu üçün əla variantdır. PSJ-nin baş məşqçisi ondan böyük fayda götürə bilər. Amma karyerasını "Barselona"da bitirə bilməyəcəyi üçün üzgünəm. Messi və "Barselona" möhtəşəm vəhdət idi".
Xatırladaq ki, Tuxel "Çelsi"dən öncə Paris təmsilçisini çalışdırıb.
Nihat