Avropanın ən məşhur idman kanalı olan "BT Sport"un əməkdaşı Linsey Hipgrave hücuma məruz qalıb. Fanat.az xəbər verir ki, buna səbəb xanım müxbirin Lionel Messinin penaltidən Luis Suaresə ötürmə verməsini tənqid etməsi olub.
Linsey Hipgrave "Twitter" hesabında bunları yazıb: "Məncə, bu hörmətsizlikdi. Messi daha yaxşı komanda yoldaşı olmaq istəyirsə, penaltini vurmaq haqqını Suaresə verməli idi".
Bundan sonra xanım müxbir "Twitter"dən seksist hücumlara məruz qalıb. Sosial media "trol"ları onun hesabına hücum edib. "Trol"lar xanım müxbirə mətbəxdə işi ilə məşğul olmasını və ağzını yummasını məshələt görüblər.
Fanat.az