Messiyə 1 milyard avroluq təklif

Messiyə 1 milyard avroluq təklif

Ötən ayın sonunda 8-ci dəfə "Qızıl top" mükafatına sahib çıxan Lionel Messinin 1 milyard avroluq təklifi geri çevirdiyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı  "Le10sport" yıb.

Xəbərə görə, Messi PSJ-də oynadığı dönəmdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun nümayəndələri onunla görüşərək 1 milyard avroluq müqavilə təklif ediblər. 

Lakin ərəblərə "yox" deyən argentinalı MLS-ə yollanmağı üstün tutub.

Qeyd edək ki, Messi 2 il formasını geyindiyi PSJ-dən bu yay azad agent qismində ayrılaraq “İnter Mayami”yə keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər