Argentina millisi sentyabrda ilk matçını keçirib.
Fanat.Az xəbər verir ki, paytaxtı Buenos-Ayresdəki "Monumental Stadion"da baş tutan görüşdə rəqib Çili yığması olub.
Meksika, ABŞ və Kanadada keçiriləcək DÇ-2026-nın Cənubi Amerika zonasında 7-ci tur çərçivəsində reallaşan görüşdə argentinalılar 3:0 hesabı ilə qələbə qazanıblar.
Son dünya çempionları oyuna lider və kapitan Lionel Messisiz çıxıblar. 37 yaşlı argentinalı zədə səbəbindən bu oyunu buraxıb və onun yerinə 1 ildən artıqdır ki, "Albiseleste" formasını geyinməyən "Roma"nın yarımmüdafiəçisi Paulo Dibala milliyə çağırılıb. Matçda son nöqtəni məhz Dibala qoyub.
Argentina - Çili 3:0 Qollar: Makallister 48 (1:0), Xulian Alvarez 84 (2:0), Dibala 90 (3:0)
Xatırladaq ki, Argentina millisi sentyabrın 11-də Kolumbiya ilə səfər oyununa çıxacaq.