Messisiz Argentina millisi Skaloni ilə bağlı da qərarını rəsmən açıqladı

Messisiz Argentina millisi Skaloni ilə bağlı da qərarını rəsmən açıqladı

Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı ilin sonunda başa çatacaq müqaviləsinin müddətini uzatmaq prosesinə başlayıb. Fanat.Az xəbər verir ki, bu barədə "Albiseleste"nin mətbuat xidməti "X" sosial media hesabı üzərindən məlumat yayıb. Bildiriib ki, Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ilə məşqçi Lionel Skaloni arasında danışıqlara start verilib. Yerli media 48 yaşlı mütəxəssisin "2+2" illik yeni müqavilə imzalayacağını iddia edir. Anlaşma baş tutsa, Skaloni Amerika Kubokunun sonuna qədər 2 il və 2030-cu il dünya çempionatı üçün daha 2 il hazırki postunda qalacaq. Skaloni 2018-ci ilin yayından bəri Argentina milli komandasını çalışdırır. Onun rəhbərliyi altında "Albiseleste" 2022-ci ildə dünya çempionu olub və iki dəfə Amerika Kubokunu qazanıb. Qeyd edək ki, Argentinanən ulduz futbolçusu Lionel Messi artıq millidəki karyerasını başa vurduğunu açəqlayıb. Əfsanəvi oyunçunun yoxluğunda Argentina millisinin necə çıxış edəcəyi maraq doğurur. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər