Messi:"Finalda uduzmaqdan pis heç nə yoxdur"

Messi:"Finalda uduzmaqdan pis heç nə yoxdur"

Argentina millisinin hücumçusu Lionel Messi Amerika kubokunun finalında Çiliyə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, rəsmi "facebook" səhifəsindən yazan təcrübəli futbolçu finalda uduzmaqdan daha acı şey olmadığını bildirib:

"Finalda uduzmaqdan daha acı şey yoxdur. Bununla belə, hər zaman və çətin anlarımızda bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm".

Qeyd edək ki, "DÇ-2014"ün finalında Almaniyaya uduzan Argentina Amerika kubokunun finalında da Çiliyə penaltilər seriyasında məğlub olaraq (1:4) hər iki turniri kuboksuz başa vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər